Noy 09, 2016 10:10 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

ABŞ-da prezident seçkilərinin ilkin nəticələrinin Trampın qalib gələ biləcəyi ehtimalını ortaya qoyması, Amerika və dünyada bir çox bazarların çökməsinə səbəb olub.

Respublikaçıların namizədi Donald Trampın qələbə ehtimalı həm də Amerikanın maliyyə və neft bazarında gərginliyə səbəb olub. 

Asiya bazarında dekabr ayında təhvil veriləcək yüngül neftin hər barreli 1.67 dollar ucuzlaşaraq 43.31 dollara enib.

Avropanın Brent nefti də 1.46 dollar ucuzlaşaraq hər barrel üçün 44.58 dollara satılıb. 

Trampın seçkiləri qazanma imkanı həm də birjalara mənfi təsir edib.

Honq Konq birjasının göstəricisi 3.27 faiz düşüb.

Amerika birjalarında da seçkilərin trampın qazanacağının mümkünlüyü ehtimalına səbəb olan ilkin nəticələrinin elan edilməsindən sonra göstəricilərin düşməsi müşahidə olunur.

FransPress-in Nyu-Yorkdan verdiyi məlumata görə, "S&P 500", "Nasdaq" və "Dow Jones" birjalarının göstəricisi 3 faiz düşüb.

Əl-Ərəbiyyə telekanalı bildirib ki, "Dow Jones"un "wall street"dəki göstəricisi 500 düşüb.

Əl-Cəzirə telekanalı Trampın qalib gəlməsi ehtimalından yaranan nigarançılıq Meksikanın milli valyutası Pezonun dollar qarşılığında dəyərini 10 faiz itirməsinə səbəb olub. 

FransPress-in Tokyodan verdiyi məlumata görə, Tokyo birjasının göstəricisi də trampın Amerikada prezident olajağı ehtimalına görə düşüb. 

Nikki göstəricisi də 2.2 faiz düşüb. 

Hindistan birjaları da bu gün Donald Trampın öndə getməsindən təsirlənərək eyni zamanda Hindistan dövləti tərəfindən qara pul ilə mübarizə qərarının elan olması nəticəsində 6 faiz dəyərini itirib 

 

 

 

Teqlər