Klinton səslərin yenidən sayılmasını istəyib
https://azeri.sahartv.ir/news/dünya-i244454-klinton_səslərin_yenidən_sayılmasını_istəyib
Hillari Klintonun seçki qərargahı Amerikanın bir çox ştatlarında səslərin yenidən sayılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2016 09:04 Asia/Baku
  • Hillari Klinton
    Hillari Klinton

Hillari Klintonun seçki qərargahı Amerikanın bir çox ştatlarında səslərin yenidən sayılmasını istəyib.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, bütün mediyaların ABŞ-da prezident seçkilərinin nəticələri barədə yayılan statistikaları etibarlı hesab etmələrinə rəğmən Klintonun seçki qərargahı bu nəticələri ən azından iki namizədin səslərinin biri-birinə yaxın olduğu ştatlarda qəbul etmədiyini bildirib. Beləliklə 2000-ci ildə Florida sennarisi təkrarlanmaqdadır, başqa sözlə H.Klintonun seçki qərargahı iki tərəfin səslərinin biri-birinə yaxın olduğu bütün ştatlarda səslərin yenidən sayılmasını tələb edəcək. 

Donald Tramp seçkilərdə qalib gəlməyəcəyi təqdirdə seçkilərin nəticəsini tanımayacağını bildirmişdi, indi belə görünür ki , H.Klintonun seçki qəragahı da ən azından seçkilərin sağlamlığından əmin olmayınca onun nəticələrini tanımayacağı mesajını verir.