Amerikalı senator: H.Klinton ABŞ-ın xarici siyasətini əcnəbilərə satıb
https://azeri.sahartv.ir/news/dünya-i244457-amerikalı_senator_h.klinton_abŞ_ın_xarici_siyasətini_əcnəbilərə_satıb
ABŞ-ın Virciniya ştatından respublikaçı senator Riçard Heiden Blək PressTv-yə müsahibəsində deyib: Hillari Klinton ölkənin xarici siyasətini diktatorlara satıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2016 09:05 Asia/Baku
  • Hillari Klinton
    Hillari Klinton

ABŞ-ın Virciniya ştatından respublikaçı senator Riçard Heiden Blək PressTv-yə müsahibəsində deyib: Hillari Klinton ölkənin xarici siyasətini diktatorlara satıb.

Riçard Heiden Blək, Hillari Kliintonu tam korrupsioner qadın adlandıraraq, onun ABŞ-ın xarici siyasətini Səudiyyə Ərəbistanı, Qətər və digər diktatorlara sataraq böyük sərvət əldə etmiş olduğunu deyib. 

Bu ştat senatorunun dediyinə görə, Klinton ailəvi fondu vasitəsi ilə qısa müddətdə milyardlar dollar sərvət toplayıb. 

O, Klinton fondu barədə deyib: Hillari Klinton belə bir böyük pulu Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və digər diktatorların dəstəyi ilə əldə edə bilib.

19 il öncə ABŞ-ın keçmiş prezidenti Bil Klinton və arvadı Hillari tərəfindən təsis edilmiş Klinton fondu dəfələrlə siyasi nüfuzdan istifadə edərək pul əldə etməkdə ittihamlandırılıb. 

Vikiliksin təsisçisi Couliyan Asanj son vaxtlar ifşa olunmuş elektron məktubların Səudiyyə Ərəbistanı və Qətərin H.Klintona maliyyə dəstəklərini əks etdirdiyini bildirmişdi. 

Asanj Londonda Ekvadorun səfirliyi binasında vediyi açıqlamada deyib: H.Klintonun ABŞ-ın dovlət departamentinə rəhbərliyi müddətində dünyanın ən iri silah satışı müqaviləsi Səudiyyə Ərəbistanı ilə imzalandı və bu dövrdə ABŞ-ın silah satışı iki qat artdı.