Noy 16, 2016 11:06 Asia/Baku
  • Tramp əleyhinə etirazlar
    Tramp əleyhinə etirazlar

ABŞ-ın yeni seçilmiş prezidentinə qarşı etirazlar hələ də davam edir və müxaliflər Donald Trampı problemlə üzləşdirib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Los-Anceles və Portlanddan sonra Amerikada irqçilik və siyasi struktura müxalif olan yüzlərlə Nyu-Yorklu şagird çərşənbə axşamı günü Nyu-Yorkun Manhattan məhəlləsində Tramp qülləsi önünə toplaşaraq Donald Trampa öz etirazlarını bildirib. 

Etirazçılar "Faşistlərə yox!", "İrçilərə yox!" və "Uca səslə qışqırın, miqrantlar xoş gəlmişsiniz!" kimi şüarlar səsləndirərək Amerikada irqçilik və siyasi quruluşa və Donald Trampa öz etirazlarını bildiriblər. 

Məlumata görə, adının elan olunmamasına üstünlük verən 17 yaşlı bir məktəbli deyib: Bu aksiyanın keçirilməsində şagirdlərin məqsədi Trampın sözləri və ideyalarının, hətta o prezident seçildiyi halda, qəbulediləsi olmadığını elan etməkdir. 

Associated Pressin məlumatına görə, çərşənbə axşamı günü Amerikada yüzlərlə məktəbli dərsləri tərk edib və paytaxt Vaşinqtonda Ali Məhkəmənin qarşısına toplaşaraq, Amerikada irqçilik və siyasi struktur, həmçinin Donald Trampın seçilməsinə etiraz ediblər. 

Vaşinqtonda etirazçılar əllə yazılmış plakatlar daşıyıblar. Plakatların üzərində əsasən "Tramp mənim prezidentim deyil" yazılıbmış. 

Vudro Vilson məktəbinin şagirdləri ictimai şəbəkələr vasitəsi ilə bu aksiyaları təşkil ediblər. 

ABŞ prezident seçkilərində Donald Trampın qələbə çalması ilə müxətlif şəhərlərdə Tramp əhleyhinə etirazlar baş qaldırıb. Müxtəlif kütlələrin nümayəndələrinin etirazları davam etdirmələri Tramp üçün problemə çevrilib. 

Teqlər