Noy 16, 2016 12:18 Asia/Baku
  • Moldova prezident seçkilərinə etiraz aksiyası
    Moldova prezident seçkilərinə etiraz aksiyası

Moldovanın seçilmiş prezidentinin müxalifləri ardıcıl ikinci gün olaraq bu ölkə paytaxtında aksiya keçiriblər.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Moldovanın seçilmiş prezidenti İqor Dodonun müxalifləri çərşənbə axşamı günü paytaxt Kişinyovda Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsinin binaları qarşısına toplaşaraq prezident seçkilərinin yenidən keçirilməsini tələb ediblər. 

Etirazçılar həmçinin ölkədən kənar vətəndaşların səs vermələrinin qarşısını aldığına görə Mərkəzi Seçki Komissiyasının sədri və xarici işlər nazirinin vəzifələrindən kənarlaşdırılmasını istəyiblər. 

Halbuki Moldova prezident seçkiləri beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in müşahidəçiləri tərəfindən təsdiqlənib. 

Sosialist partiyasının lideri və Rusiya tərəfdarı İqor Dodon etirazçıları təmkinli olmağa və ölkədə parçalanmanın yaranmasından çəkinməyə çağırıb. 

Moldovanın yeni seçilmiş prezidenti xəbərdarlıq edib ki, müxaliflərin etirazları davam etdiyi halda bu etirazlara reaksiya olaraq Dodonun on minlərlə tərəfdarı ona dəstək olaraq küçələrə axışacaq. 

Dodon bildirib ki, heç şübhəsiz Moldova prezident seçkilərinin qalibidir və onu müdafiə edəcək. 

Bazar ertəsi günü də Kişinyov Moldova prezident seçkilərinin qalibinə qarşı müxaliflərin etirazının şahidi olub. 

Moldova Mərkəzi Seçki Komissiyası bazar ertəsi günü Sosialist partiyasından İqor Dodonun 53,12 faiz səs qazandığını və seçkilərdə qalib gəldiyini bildirib. 

Moldova prezident seçkiləri bazar günü keçirilib. 

Teqlər