Noy 16, 2016 13:15 Asia/Baku
  • Almaniya terrorizmlə mübarizədə Türkiyəyə kömək etsin
    Almaniya terrorizmlə mübarizədə Türkiyəyə kömək etsin

Türkiyə baş naziri Almaniya xarici işlər naziri ilə görüşdə Avropa Birliyi ilə müzakirələrin davam etdiyini bildirib və terrorizmlə mübarizədə Almaniyanın Türkiyəyə kömək etməsini istəyib.

İLNA-nın məlumatına görə, Türkiyə baş naziri Binəli Yıldırım Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə Ankarada görüşdə Avropa Birliyinə üzv bəzi ölkələrin Türkiyə olayları barədə tənqidlərindən təəssüflənib və deyib: Avropa ilə müzakirələrin davam etməsinə önəm veririk. 

O əlavə edib: Türkiyə və Almaniyanın terrorizmlə mübarizə sahəsində əməkdaşlığını artırmaq ardıncayıq. 

Almaniya xarici işlər naziri də bu görüşdə deyib: Almaniya Türkiyənin terrorizmlə mübarizəsini dəstəkləyir. 

Frank Valter Ştaynmayer Türkiyə ilə müzakirələr prosesinin davam etməsi barədə Almaniyanın həssaslığına toxunaraq bildirib: İki ölkənin gələcəkdə hər bir sahədə əməkdaşlığı əhəmiyyətlidir. 

Teqlər