Oklahoma aeroportunda insidentdə 2 nəfər həlak olub
-
Oklahoma aeroportunda insident
Amerikanın Oklahoma aeroportunun fəaliyyətini dayandırması ilə nəticələnən silahlı insidentdə 2 nəfər həlak olub.
İRİB-in məlumatına görə, Amerika rəsmiləri bildiriblər: Çərşənbə axşamı Oklahomanın Uill Rocers beynəlxalq aeroportunda silahlı insidentdə yaralanan bir şəxs xəstəxanada keçinib.
Silahlı insidentdə həlak olan şəxs South Vest Hava Yolları Şirkətinin işçilərindən 52 yaşlı şəxs olub.
Məlumata görə, hadisədən bir neçə saat sonra atəş açan şəxsin cəsədi bir avtomobildə tapılıb. O atəş açaraq öz həyatına son qoyub.
İndiyə qədər bu ağdərili şəxsin kimliyi açıqlanmayıb.
Bundan öncə Amerika polisi bildirmişdi ki, bu şəhərin aeroportunun bütün giriş-çıxışları silahlı insidentdə bir nəfərin həlak olmasına görə, fəaliyyəti dayandırılıb.
Bildirilir ki, polis hadisə ilə bağlı bir nəfəri həbs edib.
Oklahoma aeroportunda silahlı insident bir çox uçuşun ləğv olunması ilə nəticələnib.