Miyanma ordusunun hücumunda 150 müsəlman öldürülüb
Ruhingiya Arakan Milli Təşkilatı bildirib ki, iğtişaşların şahidi olan Raxin bölgəsindən əldə olunan məlumatlar şənbə günündən bəri ən azı 150 müsəlmanın bu ərazidə öldürüldüyünə dəlalət edir.
PressTv-nin verdiyi məlumata görə, Londonda yerləşən bu təşkilatın yüksək səviyyəli rəsmilərindən olan Koko Lin dünən deyib: Miyanma hökuməti bölgəyə mediya nüməyəndələri və yardım qruplarının gəlişinə mane olmaqla qırğınları ört-basdır etmək istəyir.
Miyanma dövləti son günlər ərzində baş verən toqquşmalarda 70 müsəlmanın öldürüldüyünü təsdiqləyib.
Raxin vilayətinin şimalında təhlükəsizlik tədbirləri 9 oktyabrdan gücləndirilib.
Miyanma dövləti Ruhingiya müsəlmanlarını silahlı hücumda ittiham edir və ordunun iddia edilən hücumun amillərinin axtarışı zamanı onlarla müsəlmanın öldürüldüyünü deyir.
Bu bölgələrin sakinləri və hüquq müdafiəçiləri deyirlər ki, dövlət qüvvələri yerli əhaliyə qarşı hücumlarda özbaşına edamlar həyata keçirir, insanlara təcavüz edir və kəndlilərin evlərini yandırır.
Miyanma dövləti ölkə əhalisinin 1.3 milyonunu təşkil edən müsəlmanlara vətəndaşlıq vermək istəmir.
BMT iyunun axırlarında bir hesabat yayaraq Miyanmada Ruhingiya müsəlmanlarına qarşı bir çox insan haqlarının pozulması hallarının bəşəriyyətə qarşı cinayət sayıla biləcəyini qeyd etmişdir.