Noy 17, 2016 12:56 Asia/Baku
  • Karel Bilt
    Karel Bilt

İsveçin keçmiş xarici işlər naziri hesab edir ki, ABŞ-da prezident seçkilərində Donald Trampın qələbə çalması qərb barədə düşüncənin sona çatması deməkdir.

Karel Bilt CNN ilə müsahibəsində deyib: "Donald Trampın demokratiya, azadlıq, müqavilələr, beynəlxalq ticarət və azad ticarət kimi önəmli mövzular barədəki bəyanatları göstərir ki, o bütün bu mövzuların əleyhinədir, halbuki bunlar qərbin on illiklər boyu qazandığı uğurlar olub və qərbin liberal sistemi son 70 ildə dünyada böyük uğura imza atdığını isbatlamışdır. " 

Karel Bilt Rusiyanın Ukrayna mövqeyi barədə isə deyib: Rəsmi Moskvaya görə Avropa və Amerika ixtilafların mövcudluğunun təbii hal olduğu ilə razılaşmalıdırlar amma bu məntiqlə razılaşmaq çətindir ona görə ki, Avropada hamı ölkələrin biri-birinə qarşı hücumunun əleyhinədir. İkinci məsələ ondan ibarətdir ki, Rusiya NATO-nun üzv ölkələrin hərbi gücünü artırmasına dayir qərarlarından vaz keçməsini istəyir, belə bir hadisə baş verməyəcək çünki, Rusiya Ukrayna və Gürcüstana qarşı hərbi gücdən istifadə edirsə bu kimi hərəkətlər təhlükəsizliyi pozur, NATO da özlərini təhlükədə görən ölkələrə arxayınlıq vermək üçün hərəkətə keçib. Putinin hərbi gücdən istifadə etməsi əsla proqnoz ediləsi deyil. Rusiya gələcəkdə ABŞ-da Tramp hökuməti ilə dostluq qurmağa çalışır, qərbin siyasəti böhrana düçar olub və geniş miqyasda mühacirət bu böhranı şiddətləndirir, digər tərəfdən texnologiyanın sürətlə inkişafı əmək bazarını dəyişir və qərbdə beynəlxalq maliyyə böhranının mənfi fəsadları davvam etməkdədir. 

Teqlər