Noy 17, 2016 16:24 Asia/Baku
  • Hillari Klinton
    Hillari Klinton

ABŞ-da son prezident seçkilərinin uduzan namizədi Hillari Klinton seçkilərin nəticələrindən nəqədər məyus və depress olduğunu sözlərlə ifadə etməkdə çətinlik çəkdiyini deyib.

İRİB-nin verdiyi məlumata görə, Hillari Klinton dünən uşaqların hüquqlarını müdafiə institutunda etdiyi çıxışında son prezident seçkilərinin nəticələrinə toxunaraq deyib: Ölkə xalqının böyük hissəsinin bu nəticələrdən məyus olduğunu yaxşı bilirəm amma mən də məyusam və sözlərin ifadə edə bilməyəcəyi dərəcədə narahat və depress olmuşam. 

Demokrat partiyasından olan Hillari Klinton 8 noyabr prezident seçkilərində 228 elektral səslə özünün qalmaqallı rəqibi Donald Tramp qarşısında məğlub oldu. Tramp 290 elektral səs qazanmışdı. 

Hillari Klinton həmçinin Amerikada müxtəlif etnik qruplar arasında yayılan yoxsulluğa işarə edərək deyib: Bu problemin geniş yayıldığı tamamiylə bəllidir ona görə ki, hər bir ştatda yoxsul uşaqlar yaşayır və ABŞ rəhbərlərinin onlarla maraqlanmaları lazımdır. 

Demokrat partiyasının seçkilərdə məğlub olmuş namizədi məğlub olduqdan sonra son dərəcə narahat olduğunu və hətta evdən çıxmaq istəmədiyini deyib. 

Hillari Klinton Tramp qarşısında məğlubiyyətindən sonra etdiyi ilk çıxışında belə bir çıxış etməyin onun üçün heç də asan olmadığını deyib. 

Vaşinqton DC-də bir xeyriyyə mərasimində çıxış edən ABŞ-ın keçmiş dövlət katibi deyib: Son həftə ərzində sadəcə dizlərimi qucaqlayaraq oturmaq və evi tərk etməmək istəmişəm. 

Teqlər