Yunan xalqı anti-Amerika aksiyası keçirib
Minlərlə yunan Yunanıstanın müxtəlif şəhərlərində güclü təhlükəsizlik tədbirləri altında anti-Amerika aksiyası keçirib.
Frans-Press-in məlumatına görə, Yunanıstan xalqından təqribən 18 min nəfər dünən axşam tələbə qiyamının 43-cü ildönümü günündə Afinada anti-Amerika aksiyası keçirərək, ABŞ səfirliyinə doğru hərəkə edib.
Aksiyaçılar öz şüarlarında Amerikanı mübariz yunan tələbələrin qatili və diktatura rejiminin himayədarı adlandırıblar.
Etirazçılar həmçinin Amerikanın digər ölkələrin daxili işlərinə qarışması, fitnəkarlığı və militarizminə son qoyulmasını tələb ediblər.
Afina Politexnik Universitetində polisin etirazçı tələbələrə qarşı gözyaşardıcı qazdan istifadə etməsindən sonra etirazçılar da buna cavab olaraq, onlara tərəf daş atıblar. Polisin bildirdiyinə görə, bu aksiyada təqribən 40 nəfər həbs olunub.
Bu məlumata görə. Saloniki şəhərinin əhalisi də ABŞ konsulluğu önündə bu ölkənin bayrağını yandırıblar.
Tələbələr 1973-cü ildə bütün Yunanıstanda ABŞ-ın tam dəstəyinə malik olan hərbçilərin diktaturasına qarşı geniş aksiya keçirdilər və həmin ilin 17 noyabrında ozamankı diktatura rejiminin əmri ilə tanklar tələbhələri yatırmaq üçün Afina Politexnik Universitetinə daxil olaraq, bir qrup tələbəni qətli-am etdilər.
Bu qətli-am xalq etirazlarınn ümumi xarakter almasına və nəticə etibarı ilə Yunanıstandakı diktatura rejiminin 1974-cü ildə devrilməsinə gətirib çıxardı.
Yunanların əksər hissəsi bu qənaətdədir ki, Amerika 1967-ci ildən 1973-cü ilədək tələbələr xüsusiyyət təşkil etməklə çoxlu sayda yunanı faciəli surətdə qətli-am etmiş hərbçilərin 1967-ci ildə Yunanıstanda hakimiyyətə gəlmələrinin mühüm amillərindən biridir.