Etirazçılar: Amerikan imperializmi Trampla dəyişməz
-
Donald Tramp
Fransada aksiyaçılar amerikan imperializmin Trampla dəyişməyəcəyi qənaətindədirlər.
PressTv-nin verdiyi məlumata görə, ABŞ-da prezident seçkilərində Donald Trampın qələbə çalması Avropada ciddi nigarançılıqlara səbəb olub və Avropa şəhərlərində Trampa qarşı etiraz aksiyaları da keçirilib. Azad ticarətdən turmuş, xarici siyasətə qədər Trampın mövcud durumu dəyişəcəyi barədə anonsları bu nigarançılıqları artırmaqdadır. Amma Avropada Trampa qarşı etirazlar daha çox Trampın seçki kampaniyasında onun əcnəbilərə qarşı səsləndirdiyi fikirlərlə bağlıdır.
Trampa qarşı Paris hərəkatının üzvlərindən olan Emili Krab deyir: Kimsə Trampın demokratik yolla seçilmədiyini demir amma belə bir qalmaqallı adamın, dəhşətli vədlər verərək seçkilərdə qələbə çalması düşündürücüdür. Əlbəttə hələ də Trampın vədlərinin sadəcə seçki şuarı olduğuna və onun fəaliyyətinin verdiyi şuarlardan fərqli olacağına inananlar var.
Trampa qarşı Paris hərəkatının başqa üzvü Silvester Jafar isə deyir: Amerikanın kapitalizm sistemi dəyişməyəcək, Tramp milyonçudur və dünyanın digər yerlərindəki milyonçularla əlaqədədir. Məhz buna görə də onun orta təbəqədən olan fəhlələrin xeyirinə hansısa siyasət yeridəcəyi fikri absurddur. ABŞ imprerialist bir dövlətdir və Tramp da onu dəyişə bilməz. O bəlkə ABŞ imperializminin təqdimi və görüntüsündə hansısa dəyişiklik edəcək amma bu dəyişiklik sadəcə taktiki ola bilər və Amerika imperializmi öz həyatını davam etdirəcək.