Noy 21, 2016 17:59 Asia/Baku
  • Kabildə Hüseyn(ə) əzadarlarına hücum
    Kabildə Hüseyn(ə) əzadarlarına hücum

Bu gün Kabildə Hüseyn(ə) əzadarlarına edilən hücumda 35 nəfər həyatını itirib. Yaralı sayı isə 85-a çatıb.

İRİB-nin verdiyi məlumata görə, bir hücumçu bu gün günorta çağı Kabilin Baqirəlülum məscidinə daxil olaraq, üzərindəki partlayıcı qurğunu Hüseyn(ə) əzadarlarının arasında partladıb.

Ölən və yaralananlar arasında qadın və uşaqlar da var. Yaralılar arasında vəziyyəti ağır olanlar var. Bu da hadisə qurbanlarının sayının artacağı ehtimalını gücləndirmiş olur.

Əfqanıstanın Daxili İşlər Nazirliyi və Kabil Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Firudin Əbidi bu hücumu təsdiq ediblər. Hələ ki, hadisənin məsuliyyətini heç bir tərəf üzərinə götürməyib. Amma, Əfqanıstan rəsmiləri bu kimi hadisələrdə adətən İŞİD və ya Taliban qruplaşmasının məsuliyyət daşıdığını elan edirlər.

Bəzi dövlət rəsmiləri də zaman-zaman Baqirəlülum məscidində keçirilən mərasimlərdə iştirak edirlər.

İŞİD terror qruplaşması Aşura gecəsində də Kabildə yerləşən Səxi ziyarətgahında İmam Hüseyn(ə) sevərlərə hücum edərək, qadınlar və uşaqlar da daxil olmaqla bir qrup insanı öldürmüş və yaralamışdı. Məzar Şərifdə də baş verən oxşar hadisədə 17 nəfər ölmüş, 40 nəfər isə yaralanmışdı.

 

Teqlər