Noy 22, 2016 10:03 Asia/Baku
  • Qərbin Bəhreyn böhranı qarşısındakı sükutu tənqid atəşinə tutulub
    Qərbin Bəhreyn böhranı qarşısındakı sükutu tənqid atəşinə tutulub

Bəhreyn rejiminin bu ölkə xalqına divan tutmasına göz yumduğuna görə, Qərbə qarşı beynəlxalq tənqidlər artıbdır.

Əlaləm telekanalının məlumatına görə, region və beynəlxalq səviyyələrdəki insan haqları təşkilatları Qərbin Bəhreyn rejiminin bu ölkənin siyasi və dini fəallarına qarşı repressiya hərəkətləri ilə anlaşmasını tənqid edərək, bu gedişin davam etməsini Bəhreyn böhranının şiddətlənməsi amili bilirlər.

Bu məlumata görə, İngiltərənin baş naziri Terzaminin Bəhreynə səfəri ərəfəsində insan haqları təşkilatları İngiltərə xüsusiyyət təşkil etməklə Qərb ölkələrinin Bəhreyn böhranı ilə anlaşma və bu rejimin bəhreynlilərə qarşı qəddarlıqlarına göz yummaları ilə bağlı tənqidlərini davam etdirirlər.

Belə bir halda, İngiltərədə çıxan Qardian qəzeti Beynəlxalq Amnistiya Təşkilatının Bəhreyn hökumətinin hərəkətlərinə qarşı tənqdilərinə işarə edərək, yazıb: İngiltərə dövəti Bəhreyn hökmranlarını dəstəkləyərək, siyasi fəalların yatırılması üçün imkan yaradıbdır.

Freedom House adlı amerikan təşkilat da öz illik hesabatında Bəhreyndə siyasi və sosial azadlıqların olmamasına toxunaraq, bildirib: Manama Qərbin himayəsi sayəsində siyasi və dini fəalları heç bir dəlil olmadan ya həbs, ya da ki, onların vətəndaşlığını ləğv edir.

 Qərbin Ali-Xəlifənin Bəhreyn xalqına divan tutmasına dəstək versə də, bəhreynlilər bu ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin vətəndaşlığının ləğv olunması və onun həbsinin altıncı ayında özünün qeyri-məhdud və dinc aksiyalarını davam etdirirlər.

Bəhreyn 2011-ci ildən azadlıq və irqçiliyə son qoyulması tərəfdarlarının Ali-Xəlifə rejimi tərəfindən yatırılması səhnəsdir.

Teqlər