Noy 22, 2016 14:09 Asia/Baku
  • Yaponiya və Yeni-Zelandiyada güclü zəlzələ baş verib
    Yaponiya və Yeni-Zelandiyada güclü zəlzələ baş verib

Bu gün səhər olduqca güclü zəlzələ Yaponiya və Yeni-Zelandiyanı titrədib.

Yaponiyanın NHK televiziya kanalı bildirib ki, bu ölkənin şimalında Rixter şkalası ilə 7,3 bal gücündə baş vermiş yeraltı təkan Yaponiyanın Sakit Okeanda yerləşən şimal sahillərində sunaminin yaranmasına bais olub.

Yaponiya Geologiya Agentliyi bu ölkənin paytaxtı Tokioda da hiss olunmuş bu yeraltı təkanının episentrini Fokoşima sahili, hiposentrini isə yerin 10 kilometr dərinliyi elan edibdir.

Bu zələzələnin baş verməsindən sonra Fokoşimada yerləşən Onahama limanında 60, Suma sahilində isə 90 santimetrlik sunami müşahidə olunubdur.

Hündürlüyü üç metr olan sunaminin formalaşması haqda da xəbərdarlıq yayılıbdır.

Digər bir yeraltı təkan da bu gün Rixter şkalası ilə 6,3 bal gücündə Yeni-Zelandiyanın mərkəzini titrədibdir.

Bu zəlzələnin episentri Palmerston North şəhərinin 138 kilometrliyində və yerin 37 kilometr dərinliyində olubdur.

Teqlər