Londonda Əşşərqül-Əusət qəzetinə qarşı etiraz
Yüzlərlə adam Londonda Əşşərqül-Əusət qəzetinin binası qarşısında aksiya keçirərək bu qəzetin İraq xalqını təhqir etdiyinə görə bağlanmasını istəyib.
Səudiyyə Ərəbistanına aid olan bu qəzet bir reportajda Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına istinadla ərbəin ziyarətindən sonra iraqlı qadınlar arasında qeyri-qanuni hamiləlik hallarının artmasını iddia etmişdi, halbuki ÜST-nin belə bir bəyanatı olmamışdır.
Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, aksiyaçılar bu qəzetin İraq xalqına qarşı çap etdiyi yalan məlumatın İraq xalqının birliyini hədəfə alan , terrorizmə dəstəyi nəzərə alan çirkin tayfaçı məqsədlər güddüyünü bildiriblər.
Bir aksiyaçı deyib: Londonda Əşşərqül-Əusət qəzetinin redaksiyası qarşısında keçirilən aksiya Ali-Səudun bu qəzetinin etdiyi axmaqlığa görədir. Onun bu hərəkəti sadəcə iraqlıları deyil səudilərin siyasətlərindən təngə gələn bəzi digər region xalqılarını da qəzəbləndirib. Səudiyyə Ərəbistanı İraq və Suriyada terrorçu qruplara dəstəyini davam etdirir və Yəmən xalqına qarşı müharibə aparır.
Aksiya iştirakçısı deyib: Səudiyyə Ərəbistanı təkfirçilik düşüncəsini yaymağa, Yəməndə tayfaçı ixtilafları gücləndirməyə çalışır. Bi bura gəlmişik ona görə ki, iraqlıların şərəfini müdafiə edək. Belə bir müqəddəs münasibətdə belə bir xəbərin yayılması nəinki şiələrin, hətta bütün dünya müsəlmanlarının ürəyini ağrıdır. Ərəbistan bu yalanı Ümumdünya Səhiyyə Təşkilatına aid etməyə çalışır amma bu təşkilat tərəfindən belə bir hesabatın yayılmış olması dərhal təkzib edildi