Noy 24, 2016 12:44 Asia/Baku
  • Brexit İngiltərədə ictimai-iqtisadi ədalətsizliyi daha da gücləndirib
    Brexit İngiltərədə ictimai-iqtisadi ədalətsizliyi daha da gücləndirib

İngiltərənin Avropa Birliyindən çıxması bu ölkədə ictimai və iqtisadi ədalətsizliyin daha da güclənməsi ilə nəticələnib.

Press TV-nin məlumatına görə, İngiltərə rəsmən varlılar və yoxsullar ölkəsinə çevrilib. İngiltərə multi-milyarder vətəndaşların sayı baxımından Çin və Amerikadan sonra üçüncü yeri tutur. Bununla belə İngiltərədə 17 milyon fəhlə və işçi yalnız 100 funt-sterlinqi ehtiyatda saxlaya bilir. İngiltərə vətəndaşlarının bu ölkənin Avropa Birliyindən çıxmasına səs verməsindən sonra bu ölkənin fəhlə və yoxsul kütləsi üzərində iqtisadiyyatın mənfi təsirləri tamamilə aydın şəkildə müşahidə olunur. Bu hadisə nəticəsində ingilis ailələrin gəlir və əmlakından trilyon milyard funt-sterlinqin azaldığı bir halda, varlı kütlə günü-gündən daha da varlaşır.

London Meriyası Siyasətlərin Təyini üzrə Şura rəhbərinin sabiq müşaviri Li Josper deyib: İngiltərə ictimaiyyətində iqtisadi bərabərsizlik və ədalətsizlik çox dərindir. İngiltərə ictimai baxımdan lazımi uyğunluğa malik ictimaiyyət deyildir. Elə buna görə, uzun müddətdə uğur qazana bilməz. Təəssüflər olsun ki, İngiltərə cəmiyyətində yoxsul kütlə hər gün daha çox əzilir və hökumətin sərt iqtisadi qənaət proqramı da onlara əlavə təzyiq göstərir. Halbuki hökumətin siyasətlərinin hamısı varlı və investor kütləsinin xeyrinədir.

İngiltərə baş naziri deyib: İngiltərənin Avropa Birliyindən çıxmasına dair başqa bir referendum keçirilməməlidir.

Tereza Mey İngiltərənin Avropa Birliyindən çıxması prosesinin təxirə düşməsi barədə İcmalar Palatasının nümayəndələrindən birinin sualına cavabda deyib: Aydındır ki, biz gələn il mart ayının sonuna qədər Lissabon sazişinin 50-ci maddəsini icra edəcəyik. Əlbəttə burada önəmli bir məsələyə toxunuldu və haqq bizim dostumuzundur. Həmin parlamentdə qərara alındı ki, vətəndaşların Avropa Birliyində üzvlük barəsində səs vermək fürsəti olmalıdır. Səsvermə keçirildi, iştirak yüksək idi və vətəndaşlar öz rəyini qəti şəkildə bəyan etdilər. Artıq başqa bir referendum keçirilməyəcək və bu hökumət İngiltərə vətəndaşlarının səslərini reallaşdıracaq.

London Meriyası Siyasətlərin Təyini üzrə Şura rəhbərinin sabiq müşaviri Li Josper deyib: Təəssüflər olsun ki, hazırkı hökumət öncəki hökumətin sərt iqtisadi siyasətlərini davam etdirir, üstəlik onu gücləndirir. Təəssüflər olsun ki, hökumət İngiltərənin Avropa Birliyindən çıxmasının səs vermənin iqtisadi xərcləri barədə az gəlirli və yoxsul kütləyə yalanlar demişdir. Elə buna görə, onlar buna görə, daha çox ziyanla üzləşmişlər. Baş nazirin vətəndaşlara verdikləri vədlər yalnız sözdür və əməldə hökumət zəif kütlələr üçün bir iş görmür.

Teqlər