Noy 24, 2016 16:48 Asia/Baku
  • AB ilə Ukrayna arasında viza rejiminin ləğvi memorandumu imzalanıb
    AB ilə Ukrayna arasında viza rejiminin ləğvi memorandumu imzalanıb

Avropa Birliyi və Ukrayna Brüsseldə keçirilən iclasda viza rejiminin ləğvi sənədini imzalayıblar.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Avropa Birliyi və Ukrayna cümə axşamı günü Brüsseldə keçirilən ikitərəfli iclasın kənarında iki tərəf vətəndaşları üçün viza rejiminin ləğvi üzrə sənədi imzalayıblar.

İclasda Avropa Birliyi və Ukrayna Rusiya əleyhinə sanksiyalar, Ukraynanın şərqində atəşkəsin icrası barədə Minsk anlaşmasının icrası, Ukraynanın Avropa Birliyinə qoşulması, həmçinin Azad Ticarət Zonasının yaradılması kimi məsələlər araşdırılıb.

Məlumata görə, ingiltərə və İrlandiya Ukrayna ilə viza rejiminin ləğvi proqramına daxil deyillər.

Avropa Komissiyası 2015-ci il dekabr ayında Ukraynanın Şengen zonasının vizasının ləğvi üzrə təyin olunmuş şərtləri yerinə yetirməsini müsbət qiymətləndirib.

Avropa Şurası da 2016-cı il 15 noyabrda bu qərarla bağlı ilkin razılığını elan edib.

Bu layihə Avropa Parlamentində də təsdiqlənməlidir.

Teqlər