Türkiyə prezident aparatı AP-nin qətnaməsinə reaksiya verib
Noy 27, 2016 14:37 Asia/Baku
-
Türkiyə prezident aparatı AP-nin qətnaməsinə reaksiya verib
Türkiyə Prezident Aparatının sözçüsü Avropa Parlamentinin Türkiyənin Avropa Birliyinə qoşulması barədə gedən müzakirələrin dayandırılmasına dair qətnaməsini rüsvayçılıq adlandırıb.
İRİB-nin verdiyi məlumata görə, Tükiyə Prezident Aparatının sözçüsü İbrahim Kalen deyib: Avropa Birliyi bu qitənin üz-üzə durduğu irqçilik, anti-miqrant, anti-əcnəbi, ifratçılıq və anti-islam kimi problemlətini həll etməkdən acız qaldığı bir şəraitdə Avropa Parlamenti tərəfindən Türkiyəyə qarşı belə bir qətnamənin çıxarılması rüsvayçılıqdır.
İbrahim Kalenin dediyinə görə, bu qətnamə hüquqi baxımdan məsuliyyət yaratmır amma Avropa Parlamentindəki zəhərli siyasi atmosferdən və fikir darlığından xəbər verir.