Noy 27, 2016 17:15 Asia/Baku
  • Cənubi Koreya prezidentinə qarşı etirazlar davam edir
    Cənubi Koreya prezidentinə qarşı etirazlar davam edir

Cənubi Koreya prezidentinə qarşı xalq etirazları davam edir və narazı kütlə hələ də prezidentin istefa verməsini istəyir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreyada bu ölkə prezidenti əleyhinə xalq etirazları artıq 5-ci həftədir ki, davam edir və bir milyondan artıq insan havanın şaxtalı olmasına və qar yağmasına rəğmən, bir daha prezident Park Quin Heyin hakimiyyətdən getməsi tələbi ilə mitinq təşkil edib. 

Bu məlumata görə, mitinq iştirakçıları "Park Quin Heyi həbs edin" və " Prezidenti zindana atın" şüarları veriblər və onların səsi, hətta, 1.5 km aralıdan da eşidilib. 

Cənubi Koreya prezidenti aksiya iştirakçılarının Prezident Sarayına doğru yürüş etməsinə mane olub. 

Aksiya iştirakçıları isə prezidentin hakimiyyətdən gedəcəyi zamana kimi etiraz aksiyalarını davam etdirəcəyini bildiriblər. 

Teqlər