İsveçrədə AES-lərlə bağlı referendum keçirilir
https://azeri.sahartv.ir/news/dünya-i247637-İsveçrədə_aes_lərlə_bağlı_referendum_keçirilir
Atom elektrik stansiyalarının fəaliyyətinin davam etməsi ilə bağlı İsveçrədə referendum keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2016 14:21 Asia/Baku
  • İsveçrədə AES-lərlə bağlı referendum keçirilir

Atom elektrik stansiyalarının fəaliyyətinin davam etməsi ilə bağlı İsveçrədə referendum keçirilir.

İRNA-nın məlumatına görə, İsveçrə əhalisi atom elektrik stansiyalarının fəaliyyətinin dayandırılması prosesinin sürətləndirilməsi məqsədi ilə keçirilən referendumda iştirak edir. Xalqın bu layihənin lehinə səs verəcəyi təqdirdə, İsveçrənin fəaliyyətdə olan 5 AES-nin 3-ü bağlanacaq. 

Yeni AES-lərin quraşdırılmasının qadağan edilməsi və mövcud AES-lərdən 45 ildən artıqdan çox istifadənin qadağan edilməsi Yaşıllar Partiyasın  və Yaşıl Sülh Müəssisəsi tərəfindən irəli sürülən təkliflərdir. 

2011-ci ildə Yaponiyada sunami nəticəsində Fokoşima AES-nin zədələnməsi hadisəsinin ardınca İsveçrə öz AES-lərini mərhələli şəkildə bağlamaq qərarına gəlib. Amma, bunun üçün hər hansı bir müəyyən zaman cədvəli təyin edilməyib.