Gürcüstan Milli Məclisi yeni hökumətə etimad səsi verdi
https://azeri.sahartv.ir/news/dünya-i247814-gürcüstan_milli_məclisi_yeni_hökumətə_etimad_səsi_verdi
Gürcüstan Milli Məclisi səs çoxluğu ilə baş naziri Georgi Kvirikaşvili və yeni Nazirlər Kabinetinin üzvlərinə etimad səsi verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2016 09:36 Asia/Baku
  • Gürcüstan Milli Məclisi yeni hökumətə etimad səsi verdi
    Gürcüstan Milli Məclisi yeni hökumətə etimad səsi verdi

Gürcüstan Milli Məclisi səs çoxluğu ilə baş naziri Georgi Kvirikaşvili və yeni Nazirlər Kabinetinin üzvlərinə etimad səsi verib.

News Georgia İnformasiya Agentliyinin məlumatına görə, bu iclasda Gürcüstanın Milli Məclisinin 110 deputatı yeni hökumətin üzvlərinin lehinə səs verib. 

Məlumata görə, hökumətə müxalif qruplara bağlı deputatlar bu iclasda iştirak etməkdən imtina ediblər. 

Gürcüstan Milli Məclisinin 150 deputatı vardır. Mandatların əksəriyyəti bu ölkəyə hakim partiyanın inhisarındadır. 

Hazırkı baş nazir Georgi Kvirikaşvilinin başçılıq etdiyi Gürcüstan Röyası hakim partiyası 8 oktyabr parlament seçkilərində qalib gəlib və yeni hökumət təşkil etmək ixtiyarını ələ keçirib. 

Georgi Kvirikaşvili parlamentin səsverməsində etdiyi çıxışında bildirib ki, gürcü vətəndaşlar hökumətin hər bir qərarının xalq və hökumətin mənafeyini və ölkənin inkişafını nəzərə alaraq veriləcəyindən arxayın olmalıdırlar. 

Saakaşvilidən sonrakı hökumətlər Rusiya rəsmilərinin Tiflisin siyasətlərindən inciməməsinə çalışmışlar.