Noy 29, 2016 19:35 Asia/Baku
  • İŞİD-in yaranmasının amili ABŞ və Səudiyyə Ərəbistanı
    İŞİD-in yaranmasının amili ABŞ və Səudiyyə Ərəbistanı

Vikiliks portalının təsisçisi İŞİD terror qrupunun yaranması amilinin ABŞ və Səudiyyə Ərəbistanı olduğunu bildirib.

PressTv-nin verdiyi məlumata görə, Vikiliks portalının təsisçisi Culian Asanj deyib: ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Səudiyyə Ərəbistanı terrorçu İŞİD qrupunun yaranmasına şərait yaratdılar. 

C.Asanj deyib: 2001-ci il 11 sentyabr hadisələrindən sonra Amerika 10 ildən çox uzanan bir müharibəyə girdi və məhz həmin müharibə İŞİD-in maliyyə mənbələri və coğrafi imkanlarının çərçivəsini formalaşdırdı. 

Asanj deyib: Səudiyyə Ərəbistanının regiondakı terrorçulara dəstək verməsi də İŞİD-in formalaşmaısnın digər səbəbidir. Vikiliks portalının təsisçisi deyib: Səudiyyə Ərəbistanı qərb dövlətlərinin dəstəyindən faydalanan və Suriya prezidenti Bəşar Əsədlə savaşan  terrorçulara açıq-aşkar maliyyə yardımları göstərir. 

ABŞ-ın diplomatik sənədlərinin ifşa edilməsinin 6-cı ildönümündə ifşaçı Vikiliks portalının təsisçisi Culian Asanj yeni sənədlər yayaraq ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin İŞİD terror qrupunu icad etdiyini ifşa edib. 

Vikiliks portalı indiyədək 500 mindən çox diplomatik sənəd ifşa edib.  

Teqlər