Noy 30, 2016 11:04 Asia/Baku
  • Merkel Türkiyədə insan haqları durumunu tənqid edib
    Merkel Türkiyədə insan haqları durumunu tənqid edib

Almaniya Kansleri Türkiyədəki insan haqları durumundan təəssüfləndiyini deyib.

Almaniya Kansleri Angela Merkel bu gün Berlində İsveçrə prezidenti Yuhan Şnayderman ilə birgə mətbuat konfransında deyib: Mənə və Almaniya Federal dövlətinə elə gəlir ki, Türkiyədə durum xəbərdarlıq xarakterli olur, yəni söz və mətbuat azadlığı get-gedə məhdudlaşır. Bunun ən son nümunəsi Türkiyənin Hürriyyət  qəzetinin baş redaktoru və redaksiya üzvlərinin həbs edilməsidir. Bu, proseslərin təəssüfləndirici istiqamətə getdiyini göstərir və biz bu kimi hərəkətlərin qanuna tabelik prinsipinə uyğun gəlməsinə son dərəcə şübhə edirik.

İsveçrə prezidenti də bu görüşdə deyib: Mən də Türkiyədə gedən prosseslərdən nigaranam, Çünki dünyanın bu hissəsində azadlıq kimi dəyərlərə riayət edilməlidir. 

Teqlər