Noy 30, 2016 13:19 Asia/Baku
  • Kastro ilə vidalaşma mərasimi
    Kastro ilə vidalaşma mərasimi

Frans24 telekanalı bildirib ki, Fidel Kastro ilə vidalaşma mərasimində bir çox ölkələrin rəhbərləri iştirak ediblər.

Dünən axşam bir çox ölkə rəhbərləri xüsusiylə də cənubi Amerika ölkələrinin rəhbərləri Kubanın paytaxtında keçirilən Fidel Kastro ilə vidalaşma mərasimində iştirak ediblər. 

Minlərlə kubalı paytaxt Havananın inqilab meydanında Çeqvaranın şəkilinin altına toplaşaraq Kastro ilə vidalaşıblar. 

Kastronun cənazəsinin külü Kubadan Santiaqoya köçürülməzdən öncə xarici rəhbərlərin iştirakı ilə Kastro ilə vidalaşma mərasimi keçirilib. 

Cənubi Afrikanın prezidenti Yakub Zuma bu mərasimdə etdiyi çıxışında deyib: Kuba Afrikaya qızıl, almaz və neft ardınca gəlməmişdi. Kubalılar sadəcə azadlıq istəyirdilər, Afrika xalqları əzab-əziyyət içərisində olarkən Afrikaya oyun meydançası kimi baxan super güclərin istilasına son qoyulmasını istəyirdilər.

Teqlər