Ukrayna Rusiya təyyarələrinin Krımda uçuşu haqda xəbərdarlıq edib
Ukrayna Qara dənizdə Krım yarımadasının şərq və cənub-qərb bölgələrində Rusiya təyyarələrinin uçuşunun təhlükəli olması haqda xəbərdarlıq edib.
İRNA-nın məlumatına görə, Ukrayna Hava Yolları Təşkilatı çərşənbə günü Rusiya qırıcı təyyarələrinin Krım yarımadası üzərindəki uçuşunu tənqid edərək bu ölkənin hava zolağında təhrikedici hərəkətlərin dayandırılmasını istəyib.
bu arada Rusiya Hava Nəqliyyatı Federal Təşkilatı bu xəbərdarlığı tənqid edərək bildirib: Ukraynanın bu ölkənin cənubunda hava təhlükəsi zonasının elan olunması üzrə siyasi motivi məntiqsiz və məsləhətdən uzaqdır.
Bundan öncə də Ukrayna hökuməti bildirib ki, Krım yarımadası yaxınlığında bu ölkənin Herson məntəqəsində ehtimal üzrə sabahdan başlanacaq iki günlük raket hərbi təlimi keçiriləcək.
2014-cü ildən Ukraynada Moskvaya meylli hökumətin süqutundan sonra qərbə, xüsusilə də Amerikaya yaxın siyasət yürüdən yeni hökumətinin iqtidara gəlməsi ilə Rusiya ilə əlaqələr qarşı tərəflərlə uzunmüddətli prosesə daxil olub və qarşılıqlı sanksiyaların şiddətlənməsinə səbəb olub.
Qərb və Moskvanın əsas ixtilafı Qara dənizdə Krım yarımadasının Rusiyaya 2014-cü ildə ilhaq edilməsi üzərindədir. Krım yarımadası referendumla Ukraynadan ayrılıb.