Nyu-York birjasında neftin qiyməti 10%-lik artımın şahidi olub
Neft ixrac edən ölkələr təşkilatı OPEK-in Vyana iclasında əldə edilən razılıq dünya bazarında neftin qiymətində artım ilə yanaşı olub.
Nyu-York birjasında Vest Texas markalı neftin qiyməti hər barrel üçün 4 dollar 21 sent artım ilə 49 dollar 44 sentə çatıb.
London birjasının aktivləri OPEK ölkələrinin 2008-ci ildən bəri ilk dəfə olaraq istehsal həcminin azaldılmasına dair razılığa gəlmələrinə işarə edərək, bu anlaşmanın Londonun Futsi birjasında neft şirkətlərinin səhmlərinin qiymətlərinin artmasına səbəb olduğunu bildiriblər.
Bazar məlumatlarına görə, Brent markalı neftin qiyməti də 4 dollar 8 sent artaraq, 50 dollar 46 sentə çatıb. İngiltərə mediaları da OPEK üzvlərinin razılaşmasını neft istehsalçıları üçün sevindirici hal adlandırıb və bildiriblər ki, üzv ölkələrin bu anlaşmaya əməl edəcəkləri təqdirdə neftin qiymətindəki artım davam edəcək.
Asiya bazarlarına isə yanvar ayında təhvil veriləcək hər barrel şirin xam neftin qiyməti 8 sent artaraq, 49 dollar 52 sentə çatıb.