Dek 02, 2016 19:58 Asia/Baku
  • ABŞ senatı İran əleyhinə sanksiyaları təsdiqləyib

ABŞ Senatı İran əleyhinə sanksiyaların 10 il müddətinə uzadılması layihəsini təsdiqləyib. Digər tərəfdən İran rəsmiləri bu layihənin təsdiqlənməsinin Əhatəli Müştərək Təşəbbüs Proqramının pozulması mənasında olacağını bildirərək ona reaksiyanın veriləcəyini qeyd ediblər.

Nüvə anlaşması qatarı Konqresin maneəsində. Amerikalılar bu dəfə Damoto planı ilə iranlıların səbirlərini sınaqdan keçirirlər.

Ötən gecə İran vaxtı ilə saat 22 radələrində Senatın 100 nəfərlik məclisi. İran əleyhinə sanksiyaların müddətinin uzadılması ilə bağlı qızğın və qalmaqallı müzakirələr aparıldı. Belə ki, İran əleyhinə sanksiyaların müddəti yenidən uzadılmış olsun. İran əleyhinə sanksiyaların müddətini 10 il müddətinə, yəni 2026-cı ilə qədər uzadır.

20 il öncə idi ki, senator Alfonso Damoto Senatda bir layihəni təsdiqlətdirdi. Bu layihəyə əsasən, İran neft və enerji sahələrində  sanksiya edildi. Demokrat Bill Klinton həmin ildə, 1996-cı ildə bu layihənin icrasına fərman verdi. İndi o ildən 20 il ötür. Və sanksiyaların müddətinin uzadılması digər bir demokrata çatmışdır. Bu fərqlə ki, Obama hökuməti 14 iyul 2015-də İranla müzakirələrin 6 üzvündən biri olaraq yeni bir öhdəlik verib. Belə ki, nüvə anlaşmasının iranlılar tərəfindən icra olunması qarşılığında, İran əleyhinə heç bir yeni sanksiyanı imzalamasın. Elə buna görədir ki, ABŞ hökuməti bu sanksiyaların muddətinin uzadılmasını imzalamyıb və Konqres Obamanın imzasını almaq üçün hərəkətə keçib.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi deyib: Amerikalıların dediyi yeni sanksiya deyil, müddətin uzadılması olan bu layihə ilə əlaqədar qənaətimiz budur ki, onun müddətinin başa çatmasını nəzərə alaraq mütləq yeni sanksiyadır. Və yeni sanksiya da, nüvə anlaşmasının aşkar mətninə əsasən, nüvə anlaşmasına qarşıdır və onu pozmuşdur.

Bütün bu sözlərlə Amerikanın Nümayəndələr Palatası iki həftə öncə Damato qanunu layihəsinin müddətinin uzadılması, və ya İran sanksiyalarını 419 səslə təsdiqləyib. Başqa sözlə, Nümayəndələr palatasının bütün demokrat və respublikaçı nüaməyndəsi, bir nəfər istisna olmaqla, onunla razılaşıb.

Proqnoz olunduğu kimi, bu layihə Senatda da yaşıl işıqla qarşılaşıb.

İndi qalır Obama hökumətinin rəyi və imzası. Əlmonitor internet portalı bundan öncə bir məqalədə yazıb ki, ABŞ dövlət katibi ötən çərşənbə axşamı günü Konqresə gedib ki, Senatın Demokrat nümayəndələrinin İran əleyhinə sanksiyaların müddətinin uzadılması ilə bağlı rəyini bildirmiş olsun. Amma Ağ Evdən başqa sözlər də eşidilməkdədir.

Obamanın sözçüsü deyib ki, İran əleyhinə maliyyə sanksiyalarının tətbiq olunması qarşısında gücümüzü qoruyacağıq.

Ağ Ev sözçüsü Caş Ernest deyib: Gözləmək lazımdır ki, bu layihə təsdiqlənəcək yoxsa xeyr. O zaman onun barəsində qərar verəcəyik. Mən hökumətin bu məsələ haqda lazımi və yetərli qüdrətə malik olması ilə bağlı  arxayın olmaq istəyənlərə demək istəyirəm ki, biz bu qüdrətə malikik. Mən bu məsələni təsdiqləyə bilərəm ki, ondan istifadə etmək barədə heç bir qorxumuz yoxdur. Biz əlavə sanksiyaların tətbiq olunması qarşısında diqqəti cəlb edəcək qüdrətimizi qoruyacağıq.

İranda müxtəlif rəsmilər deyiblər ki, diqqətlə Amerika Konqresi və hökumətini izləyirlər və bu sanksiyaları da birbaşa olaraq nüvə anlaşmasının pozulması hesab edirlər.

Ali Milli Təhlükəsizlik Şurasının katibi iki gün öncə vurğuladı ki, İran nüvə anlaşmasının pozulmasını başladan tərəf deyil. Amma nüvə anlaşmasının pozulması qarşısında da seçimləri vardır.  Hökumət və parlamentdən də oxşar səs ucalmaqdadır.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib: Lazımi proqnozlar edilmişdir. Amma qərara alındığı zaman qeyd olundu ki, qiymətləndirilmələrə və izləmələrə, eləcə də prosesin gedişatı ilə bağlı həyata keçirilən analizlərə əsasən, bu komitənin rəyi sonradan elan olunsun. Biz Amerika ilə ikitərəfli müqavilə imzalamamışıq. Bu, bizimlə Amerika arasında deyildir. Bu, bir beynəlxalq müqavilə və anlaşmadır.

 

Teqlər