Almaniya Türkiyədəki kütləvi həbslər barədə xəbərdarlıq edib
Almaniya xarici işlər naziri deyib: Berlin gözlərini Türkiyədəki kütləvi həbslərə yuma bilməz.
IRIB-nin APTN-ə istinadlı məlumatına görə, Almaniya xarici işlər naziri Frank Valter Ştanmayer bazar günü gecə Afinada əlavə edib ki, Türkiyədən keçirdiyi son görüş əsnasında belə bir mövzunu şəffaf şəkildə bildiribdir ki, Berlin təqribən bütün xalq təbəqələrində kütləvi həbslərin şahidi olduğu zaman gözlərini yuma və bu məsələyə başqa cür baxa bilməz.
Ştanmayer deyib ki, Lozanna razılaşmasının siyasi bir razılaşmaya çevrilməyəcəyinə ümid edir, zira bu bu qənaətdədir ki, hamı, sərhədlər məsələsinin şübhə altına alınacağı halda, nəyin baş verəcəyini bilir.
Almaniyanın xarici işlər naziri Yunanıstan məsələsinə də toxunub: Bu ölkənin iqtisadi və maliyyə böhranı keçirdiyi hazırkı şəraitdə Avropa ölkələri Yunanıstanın xas bir vəziyyətə malik olması barədə eyni fikrə malikdirlər və İngiltərənin Avropa Birliyindən çıxması məsələsinin mövcud olduğu indiki dövrdə Berlin əmindir ki, Yunanıstan Avropanı dəstəkləyən ölkələrdən biridir.