Rusiyanın xüsusi təyinatlı qüvvələri Qafqazda İŞİD başçısını öldürüblər
-
Rusiyanın xüsusi təyinatlı qüvvələri Qafqazda İŞİD başçısını öldürüblər
Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstan Muxtar Respublikasının mərkəzi Mahaç-Qalanın yaxınlığında keçirdiyi əməliyyatda İŞİD-in Qafqazdakı başçısını öldürübdür.
Rusiyanın xüsusi təyinatlı qüvvələri bu əməliyyatı şənbə günü Talegi kəndində həyata keçiriblər. Bu əməliyyatın videosu bazar günü yayılıb.
Press TV-nin məlumatına görə, İŞİD-in Qafqazdakı başçısı Rüstəm Aselderov bu əməliyyatda öldürülmüş beş terrorçu arasında olubdur.
Rusiya Federal Təhlükəsizlik Xidməti həmçinin əməliyyat məntəqəsində terrorçulara aid olan partlayıcı maddələr və avtomat silahlarla dolu böyük sursat anbarını aşkarlayaraq, müsadirə edibdir.
Məlumatlara görə, bu əməliyyatda rus qüvvələrdən heç biri zərər çəkməyibdir.
Əbu Muhəmməd adı ilə tanınan Aselderovun Rusiyanın cənub-qərbində yerləşən Volqoqrad şəhərində keçirilən hücumlarda əli olubdur.
Üç il bundan öncə həyata keçirilmiş bu hücumlarda otuzdan çox adam həlak olub, onlarla nəfər də yaralanıbdır.