Dek 06, 2016 12:03 Asia/Baku
  • Hindular Dekota ştatında qələbə qazanıblar
    Hindular Dekota ştatında qələbə qazanıblar

Öz ənənəvi ərazilərindən boru kəmərinin keçməsilə müxalif olan amerikalı hindular dövləti geri oturmağa məcbur ediblər.

France-24 telekanalının məlumatına görə, ekologiya tərəfdarları və amerikalı hindular bir qələbə əldə ediblər. Dövlət rəsmiləri nəhayət neft boru kəmərinin onların əcdadlarının ərazisi olan Şimali Dekotadan keçməsi fikirindən daşınıbdır. Hindular bu əraziləri müqəddəs sayırlar. Hindular aylarla etirazdan sonra şadlıq səsi ucaldıblar. Ekologiya müdafiəçiləri və amerikalı hindular qovulmaq təhdidi, şaxta və tufana rəğmən, öz səylərini davam etdirərək, uğur qazandılar. Amerikanın federal hökuməti boru kəmərinin həmin ərazilərdən keçməsi ilə müxalifət etdi.

Amerikalı hindu Adan Berkab deyir: Biz dünən bura çatdıq və pis xəbərlər gözləyirdik. Amma bu, aldığımız ən yaxşı xəbər idi. Bu xəbər hindular üçün, onlara aid olan bu ərazilər üçün, həmçinin bütün Amerika üçün yaxşı xəbər idi.

Qərar üzrə bu boru kəmərindən nefti Şimali Dekotadan Kanada sərhədində yerləşən İllinois-ə köçürmək üçün istifadə olunacaqdı.

Boru kəməri dörd ştatın ərazilərinin 1880 kilometrindən keçməli idi. Amma etirazçıların nöqteyi-nəzərincə, bu boru kəməri müqəddəs ərazilərdən keçəcək və ehtimal üzrə içməli suyun çirklənməsilə nəticələnəcəkdi. Elə buna görə, bir qrup hindu bu planla müxalifət etmək üçün meydana girdi. Yavaş-yavaş müxtəlif hindu qəbilələri, həmçinin Amerikada və bütün dünyadakı ekologiya tərəfdarları bu hərəkata qoşuldular. Əlbəttə, neftin köçürülməsi layihəsi tam şəkildə kənara qoyulmayıb. Gələn həftə ehtimal üzrə əvəzedici bir layihə təqdim olunacaq və bu, Donald Tramp üçün yaxşı bir xəbərdir. Zira o, bu boru kəmərini çəkən şirkət ilə tanışdır. Bu şirkət boru kəməri layihəsinin icrasına sərmayə yatırıb və onun müdiri Trampın seçki mübarizələri xərclərinin bir hissəsini təmin edibdir.

Teqlər