Dek 06, 2016 19:05 Asia/Baku
  • Vyanada nüvə təhlükəsizliyi konfransı
    Vyanada nüvə təhlükəsizliyi konfransı

Təhlükəsizliyin yüksəldilməsi, obyektlər və nüvə maddələrinin mühafizəsi və radioaktiv maddələrin qeyri-qanuni götürülməsinin qarşısının alınması istiqamətində Beynəlxalq əməkdaşlıqlar məqsədilə nüvə təhlükəsizliyi konfransı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv ölkələrin iştirakı ilə Vyanada işə başlayıb.

Konfransda çıxış edən Avstriya nümayəndəsi deyib: Nüvə enerjisindən istifadə sahəsində təhlükəsizlik çox əhəmiyyətlidir. Biz nüvə tərksilahını tam şəkildə dəstəkləyirik. Və belə konfransların keçirilməsi ilə bu məqsədlərin reallaşmasına yaxınlaşacağımıza ümid bəsləyirik.Fiziki mühafizə rejiminin yaradılması, təxribatçı hədələr və kiber hücumların qarşısının alınması, və nüvə təhlükəsizliyinə onun gizli təsirləri bu konfransın digər mehvərləri olmuşdur. Belə ki, bu istiqamətdə, nüvə məlumatlarının gizli olması məsələləri də bu iclasın digər önəmli mövzularındandır.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib: Biz İran İslam Respublikası olaraq, Qərbi Asiyada ilk atom elektrik stansiyasına sahibik. Biz beynəlxalq konvensiyalar çərçivəsində nüvə obyektlərimizin təhlükəsizliyinin qorunması üçün özümüzü öhdəlikli hesab edirik. Və Allah eləməmiş, terrorçuların proqnoz edilməyəcək şəkildə bu vasitələri ələ keçirməsinə əsla icazə verməməliyik. Buna görə, çox diqqətli olmalıyıq.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano deyir ki, terrorçular və cinayətkarlar istənilən zəif cəhətlərdən nüvə təhlükəsizliyi sistemindən sui-istifadə etməyə çalışırlar. Dünyanın hər bir yerində, hər bir ölkə tranzit nöqtəsinə çevrilə bilər. və hər bir ölkə bu hücumlara məruz qala bilər. buna görə, təsirli beynəlxalq əməkdaşlıq həyatidir.

Bu beş günlük konfransın sonunda nüvə təhlükəsizliyində əməkdaşlıqların yüksəldilməsi haqda bəyanat verilməlidir.

 

Teqlər