Lavrov: ABŞ Hələb haqda təkliflərini geri götürüb
Rusiya xarici işlər naziri bildirib: Hələb şəhərinin şərq hissəsindən çıxmaq istəməyən silahlı şəxslər məhv olacaqlar.
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Torbrorn Yaqlandla keçirdiyi mətbuat konfransında deyib: Biz amerikalı şəriklərimizlə ciddi dialoqun qeyri-mümkün olduğunu anladıq.
Rusiya xarici işlər naziri Amerikanı suçlayıb ki, praktiki olaraq Suriya haqda rus və amerikalı ekspertlərin müzakirələrinin qarşısını alır. Bu müzakirələr çərşənbə günü Cenevrədə keçirilməli idi.
BMT Təhlükəsizlik Şurasının Hələbdə 7 günlük atəşkəsin bərqərar olunması haqda qətnaməsinə Rusiyanın veto tətbiq etməsindən sonra Lavrov amerikalıları müxalif yaraqlıların öz qüvvələrini gücləndirmək üçün vaxtı udmağa səy göstərməkdə suçlayıb.
Lavrov əlavə edib: Təəssüfləndirici haldır ki, Suriyada və Hələbdə insan haqları və insan durumu haqda davamlı şəkildə nigaranlıq edən qərb ölkələri bu radikal üsnürlərə dəstəyi davam etdirirlər.