ABŞ və qərbin silah şirkətləri silah bazarını əllərində saxlayır
https://azeri.sahartv.ir/news/dünya-i249230-abŞ_və_qərbin_silah_şirkətləri_silah_bazarını_əllərində_saxlayır
Amerika və Qərbi Avropa ölkələrinin böyük silahqayırma şirkətləri 2015-ci ildə dünyanın ən böyük silah satıcıları olmuşlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2016 16:49 Asia/Baku
  • ABŞ və qərbin silah şirkətləri silah bazarını əllərində saxlayır
    ABŞ və qərbin silah şirkətləri silah bazarını əllərində saxlayır

Amerika və Qərbi Avropa ölkələrinin böyük silahqayırma şirkətləri 2015-ci ildə dünyanın ən böyük silah satıcıları olmuşlar.

Stokholm Sülh Araşdırmalar Müəssisəsi öz yeni hesabatında bildirib: Dünyada silah satışı bazarının əsas hissəsi ABŞ və Qərbi Avropanın ən böyük silahqayırma şirkətlərinin ixtiyarındadır.

Stokholm müəssisəsi öz hesabatında həmçinin ötən ildə Rusiya və Cənubi Koreyanın silah satışının artdığını bildirib.

Bu müəssisə bildirib: 2015-ci ildə Dünyada ən böyük yüz silahqayırma şirkətinin silah və hərbi sursat satışı 370 milyard 700 milyon dollara çatıb. Belə ki, 2014-cü illə müqayisədə 6% azalmanı göstərir. Dünyada ən böyük 100 silahqayırma şirkətindən 39-u Amerikada yerləşir və dünyada silah satışının yarısından çoxunu öz ixtiyarında saxlayır.