Yaponiyada ABŞ-ın F-18-i süqut edib
Yaponiyada Amerikanın bir qırıcısı süqut edib.
Mehr xəbər agentliyinin məlumatına görə, Amerikanın Müdafiə Nazirliyi bu xəbəri təsdiq edərək, bildirib ki, bu ölkə ordusunun bir ədəd Fantom-18 tipli qırıcısı Yaponiyanın cənub-qərbindəki Kuçi məntəqəsində süqut edib.
Yaponiyanın cənub-qərbindəki "İvakuni" hava bazasında yerləşmiş bu qırıcı dünən Kuçi məntəqəsində keçirilən bir hərbi təlim-məşq zamanı qəzaya uğrayıb.
İndiyədək hadisənin səbəbi barədə bir məlumat yayılmayıbdır.
Qeyd edək ki, "İvakuni" hava bazasının dəniz donanması bu bazada dənizçilik kursları və F-18 qırıcıları vasitəsilə hava patrulları keçən beş min amerikalı hərbçiyə ev sahibliyi edir.
Ötən ay da iki Amerika qırıcısı bu ölkənin Kaliforniya ştatında keçirilən hərbi təlim-məşq zamanı qəzaya uğramışdı.