Dek 09, 2016 13:03 Asia/Baku
  • Sergey Lavrov və Con Kerri
    Sergey Lavrov və Con Kerri

Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi iki ölkənin hərbi ekspertlərinin terrorçuların Hələbdən çıxması üçün birgə iclas keçirmələri barədə razılığa gəliblər.

İRNA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri cümə axşamı bir telefon söhbətində, aralarında baş tutmuş 3 dövr danışıqların nəticələrini araşdırdıqdan sonra, terrorçuların Hələbdən çıxarılması barədə danışıqların aparılması üçün iki ölkənin hərbi eksperləri arasında görüşün keçirilməsi barədə razılığa gəliblər. 

Lavrov və Kerri ATƏT-in xarici işlər nazirlərinin Hamburqda baş tutan son iclası kənarında görüşərək, Suriya böhranı barədə danışıqlar aparmışdılar. 

Moskva Suriya hökuməti ilə müxalif olan Qərb dövlətlərinin təzyiqləri altında, Hələb böhranı ilə bağlı Amerika ilə danışıqların aparılmasına hazır olduğunu elan edib. 

Suriya ordusu və müqavimət qüvvələri ötən 24 saat ərzində Hələbin şərqində daha 11 kilometr ərazini terrorçulardan təmizləyərək, Hələbin şərq hissəsində 38 kilometrlik bir ərazini terrorçuların işğalından azad etmiş olub. Terrorçular hazırda Hələbin şərqində sadəcə 7 kilomterlik bir ərazini nəzarət altında saxlayırlar. 

Türkiyə mediaları isə Dənizlidən daha 300 komandosun Suriya ilə sərhəd məntəqəyə göndərilməsindən xəbər veriblər. Bu komandoslar "Fərat Qalxanı" əməliyyatında iştirak etmək üçün sərhəd məntəqəyə göndəriliblər. 

Teqlər