Baltimorda Tramp əleyhinə aksiya keçirilib
Dek 11, 2016 12:21 Asia/Baku
-
Baltimorda Tramp əleyhinə aksiya keçirilib
ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ordu və dəniz qüvvələri arasında futbol yarışının keçirildiyi stadiona gəlməsi Baltimor sakinlərinin etirazına səbəb olub.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Donald Trampın müxalifləri şənbə günü səhər Baltimor şəhərində aksiya keçirərək, Trampı və tərəfdarlarını dəstəkləmədiklərini bildiriblər.
Aksiya iştirakçıları həmçinin, Trampın irqçi və rasist siyasətləri əleyhinə şüarlar səsləndiriblər.
Narazı kütlə daha sonra bildirib ki, Donald Tramp Baltimorda olduğu hər bir yerdə etiraz aksiyaları ilə üzləşəcək.
Donald Trampın prezident seçkilərində qələbə çalmasının ardınca, ABŞ-ın müxtəlif məntəqələri seçkilərin nəticəsinə etiraz edən insanların geniş aksiyalarının şahidi olub.