Pekinin Tokioya etirazı
Çin Müdafiə Nazirliyi Yaponiya qırıcılarının Miao boğazında Çin qırıcılarına qarşı atəşinə etiraz edib və vurğulayıb ki, bu boğaz beynəlxalq bir uçuş keçididir və Çinin hava qüvvələri xas bir ölkə hədəf olmadan adi bir manevr keçiribdir.
IRNA-nın məlumatına görə, Çin Müdafiə Nazirliyinin sözçüsü Yan Yucun bazar ertəsi günü xəbərdarlıq edibdir ki, son illərdə bir qrup yapon qırıcısı və gəmisi bölgədə çinli tərəf üçün problemlərin yaranmasına bais olub və bu, bölgədə çəkişmələrin şiddətlənməsi ilə nəticələnə bilər.
Tokio və Pekin uzun müddətdir ki, şərqi Çin dənizində sakinsiz adaların hakimiyyəti üstündə ixtilafa malikdirlər.
İki ölkənin ixtilafları 2012-ci ildə Çinin müxalifətinə rəğmən, Yaponiya hökumətinin bu adaların bir hissəsini milli elan etməsindən sonra şiddətlənibdir.