Braziliya hökumətinin iqtisadi siyasətinə etiraz
Minlərlə Braziliya vətəndaşı bu ölkənin müxtəlif bölgələrində hökumətin iqtisadi siyasətlərinə qarşı aksiya keçirib.
İRNA-nın məlumatına görə, çərşənbə axşamı günü Braziliyanın 27 əyalətindən 13 əyalətində keçirilən bu aksiyalarda etirazçılar şüarlar səsləndirərək Senat tərəfindən ictimai xərclərin təsdiqlənməsinə qarşı çıxıblar.
Bu layihə çərşənbə axşamı günü 53 lehinə və 16 əleyhinə səslə Senatda təsdiqlənib.
Səhərçağından günortaya qədər davam edən bu aksiyalar polisin müdaxiləsi ilə insidentlə nəticələnib və bir neçə etirazçı həbs olunub.
Etirazçılar həmçinin hər həftə yeni korrupsiya rüsvayçılığının ifşa olunduğu Braziliyanın siyasi strukturundan narazılıqlarını bildiriblər.
Aksiyaçılar gələn iki dekadada konstitusiyanı islahı və ictimai xərclərin artırılması məhdudiyyətinə etiraz ediblər.
Onların qənaətincə, bu hərəkəti ilə Braziliyanın zəif iqtisadiyyatında tarazlıq yaratmaq niyyətində olan Temer hökuməti təlim-təhsil, səhiyyə və ehtiyaclılara yardım kimi həssas sektorların büdcə kəsirinin yaranmasına səbəb olur.