İran və Almaniya xarici işlər nazirləri Hələb və nüvə anlaşması barədə məşvərət aparıblar
İranın xarici işlər naziri Almaniyanın xarici işlər naziri ilə telefon söhbətində onunla son Suriya olayları və nüvə anlaşması haqda danışıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün digər ölkələrin başçılarının onunla məşvərətlərinin davamında Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer ilə telefon söhbəti aparıb.
İranın xarici işlər naziri çərşənbə günündən bəri üç dəfə Türkiyənin xarici işlər naziri, həmçinin bir dəfə Rusiyanın xarici işlər naziri, bir dəfə də Suriyanın xarici işlər naziri ilə telefon əlaqəsi quraraq, onlarla son Suriya və Hələb olayları barədə söhbət edib.
İran və Rusiya xarici işlər nazirləri Zərif və Lavrov Amerikanın nüvə anlaşmasının icrasında əhdə xilaf çıxması barədə də danışıblar.
ABŞ prezidenti Barak Obama bu gün İrana qarşı sanksiyaların uzadılmasına icazə verib, amma gözlənilməz bir hərəkətdə bu sanksiyaları icra mərhələsinə çıxaracaq qanunu imzalamaqdan çəkinibdir.