Rusiya Vaşinqtonun Moskvaya qarşı ritorikalarını tənqid edib
-
Rusiya Vaşinqtonun Moskvaya qarşı ritorikalarını tənqid edib
Rusiyanın Müdafiə Nazirliyi Amerikanın Rusiyanın Suriyadakı hərəkətləri barədəki ritorikalarını tənqid edib.
IRIB-nin məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, ABŞ Dövlət Departamenti sözçüsünün Suriya hadisələri barədəki informasiya çatdırma tərzi yayındırıcıdır və Hələbdə beş xəstəxana və bir səhra qospitalının bombalanması haqdakı oxşar şayiələri təkcə bu cəhəti təsdiq edir ki, ABŞ Dövlət Departamentinin Suriya barədəki ritorikaları yalana söykənibdir.
Belə bir halda, Rusiyanın Müdafiə Nazirliyi bildiribdir ki, beş min terrorçunun öz ailələri ilə Hələbin şərqindən çıxmaları başlanıbdır.
Rusiyanın Müdafiə Nazirliyi belə qeyd edib: Ötən bir ildə Suriyada Rusiya daxil olmaqla possovet respublikalarından təşkil olunmuş MDB ölkələrinin iki mindən yuxarı silahlı qüvvəsi öldürülübdür.