Dek 15, 2016 18:36 Asia/Baku
  • Ukrayna Rusiyaya qarşı daha çox sanksiya tətbiq etməyə çalışır
    Ukrayna Rusiyaya qarşı daha çox sanksiya tətbiq etməyə çalışır

Ukrayna prezidenti Rusiyaya qarşı daha çox sanksiyanın tətbiq olunmasını istəyib.

IRNA-nın məlumatına görə, Pyotr Poroşenko bu gün Avropa İttifaqının sədri Donald Tusk ilə telefon söhbətində bu birlikdən istəyibdir ki, Suriyanın şimalında yerləşən Hələb şəhərinin terrorçuların bir neçə illik işğalından çıxarılması sahəsində Suriya ordusu ilə həmkarlıq etdiyinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq etsin.

Poroşenko habelə Ukraynanın şərqindəki Donbas məntəqəsində yaranmış münaqişəyə görə, Rusiya barədə tətbiq olunmuş sanksiyaların uzadılmasını istəyibdir.

Avropa İttifaqının sədri də Ukrayna prezidentinə söz veribdir ki, bu birliyin Kiyev ilə əməkdaşlıq razılaşması və vizasız sistemin tətbiqi sahəsində əlindən gələn səyləri göstərəcəkdir.

Rusiya Hələbin vəziyyətinin həlli istiqamətində Suriyanın qanuni dövləti ilə birgə səy göstərir.

2014-cü ildən, yəni Ukraynanın ozamankı dövlətinin süqut etməsinin ardınca yeni hökumətin hakimiyyətə gəlməsindən və bu ölkənin şərqində yarımhərbçilərin Rusiyanın dəstək verməkdə ittiham olunduğu Suriyanın dövlət qüvvələrilə döyüşlərindən bəri Kiyev və Moskva kəskin əlaqələrə malikdirlər ki, bu da Qərbin geniş anti-rus sanksiyalarına, həmçinin Moskvanın qarşılıqlı addımlarına gətirib çıxarıbdır.

Teqlər