Amerika rəsmisi nüvə anlaşmasının pozulması haqda Konqresə xəbərdarlıq edib
Ağ Ev sözçüsü deyib: Əgər amerikalı qanunvericilər İranla nüvə anlaşmasını pozmağı qərara alıblarsa, Konqres bu hərəkətdən yaranan ciddi mənfi nəticələrlə üzləşməyə məcbur olacaq.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Ağ Ev sözçüsü Caş Ernest cümə axşamı günü Əhatəli Müştərək Təşəbbüs Proqramının pozulması haqda Konqresə xəbərdarlıq edərək deyib: Əgər Amerika Konqresi bu beynəlxalq anlaşmanı pozarsa, o zaman ondan yaranan ağır nəticələrlə üzləşməli olacaqdır.
Ernest iddia edib ki, ABŞ prezidenti Barak Obamanın çərşənbə günü İran əleyhinə sanksiyalar qanunun müddətinin uzadılmasına veto tətbiq etməməsinin yeganə səbəbi bu qanunun nüvə anlaşmasına əsasən Amerikanın öhdəliyi ilə uyğun olmasıdır.
Həm Nümayəndələr Palatası, həm də Senat İran əleyhinə sanksiyaların 10 il müddətinə uzadılmasını təsdiqləyib.
İran bildirib ki, sanksiyalar qanunun müddətinin uzadılması yeni sanksiyaların təsdiqi və tədbiqi mənasındadır və nəticədə açıq-aşkar şəkildə nüvə anlaşmasını pozulmasıdır.