Dek 16, 2016 16:44 Asia/Baku
  • Bəşşar Əsəd terrorçuların reallıqlarını ifşa etsin
    Bəşşar Əsəd terrorçuların reallıqlarını ifşa etsin

ABŞ ordusunun psixoloji müharibə məsələləri üzrə sabiq zabiti bildirib: Bəşşar Əsəd ABŞ və Ərəbistanın terrorçulara dəstəyinin realllıqlarını ifşa etməlidir.

Press TV-nin məlumatına görə, Skot Benet bu telekanalla müsahibədə Hələbin azad olunması barədə deyib: Suriya və Rusiya prezidentləri Əsəd və PUtin indiyə qədər ən güclü və ən yaxşı mövqedə durmuşlar. Çünki onlar Hələbi azad etməklə dünyanın Suriya və Rusiya haqda fikrini bir daha dəyişdi. Əsəd Suriya savaşını udub və hazırda informasiya savaşı və media savaşı gedir. Hazırda Əsəd BMT-yə getməli və qərb, xüsusilə də Amerika və regional müttəfiqlərinin Suriya terrorçularını maliyyə və silah cəhətindən dəstəkləmələrinə dair faktları və sənədləri dünyaya göstərməlidir. Diqqət yetirmək lazımdır ki, Suriya savaşında Amerika, qərb, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt Suriya terrorçularına pul və silah verirdilər və hələ də verirlər. Prezident Əsəd faktlar təqdim etməklə və qərb və regional müttəfiqləri haqda reallıqları ifşa etməklə qərb mediasının odlu təbliğatının üstünə su tökə bilər.

Teqlər