ABŞ-ın Ankaradakı səfirliyinə hücum edən silahlı şəxs həbs olunub
-
ABŞ-ın Ankaradakı səfirliyinə hücum edən silahlı şəxs həbs olunub
Türkiyə polisi dünən gecə ABŞ-ın Ankaradakı səfirliyinə daxil olmaq üçün Türkiyənin polis məmuruna atəş açan şəxsi həbs edib.
Trend xəbər agentliyinin məlumatına görə, bu hadisə Rusiyanın Türkiyədəki səfirinin terror edilməsindən iki saat sonra baş verib.
Bu atışmanın ardınca ABŞ Dövlət Departamenti dünən axşam çağı ehtimal olunan hər cür hadisənin qarşısını almaq üçün bu ölkənin Ankaradakı səfirliyini bağlayıbdır.
ABŞ Dövlət Departamenti bu ölkənin vətəndaşlarından istəyibdir ki, Amerikanın Ankaradakı səfirliyinə müraciət etməkdən çəkinsinlər.
Amerikanın Ankaradakı səfirliyi Rusiya səfirinin öldürldüyü incəsənət muzeyindən 2,5 mil aralıda yerləşir.
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada bir foto-sərgiyə baxış keçirərkən silahlı şəxs tərəfindən odlu silahla vurularaq, öldürülüb.