Yeni-Dehlidə Myanma müsəlman mühacirlərin aksiyası
-
Yeni-Dehlidə Myanma müsəlman mühacirlərin aksiyası
Myanma müsəlman mühacirləri bu ölkə hərbçilərinin və ekstremist buddistlərin Myanmaının qərbində yerləşən Raxin əyalətində Ruhingiya müsəlmanlarının qırğın olunmalarındakı cinayətlərinə etiraz olaraq, Yeni-Dehlidə aksiya keçirib və bu ölkə dövlətinin müsəlmanlar qarşısındakı siyasətini pisləyiblər.
Daxil olan məlumata görə, aksiyaçılar dünən Hindistan dövlətindən və dünya ictimaiyyətindən ekstremist buddistlərin cinayətləri və Ruhingiya müsəlmanlarının qırğın olunmalarının qarşısını almaq üçün səy göstərmələrini istəyiblər.
Aksiya iştirakçıları Myanma dövlətinin Raxin əyalətindəki Ruhingiya müsəlmanları qarşısında yeritdiyi siyasəti onlara qarşı zülm adlandırıblar.
Aksiyaçılar dünya ictimaiyyətinin Myanma dövlətinin və ekstremist buddistlərin Ruhingiya müsəlmanları qarşısındakı siyasəti və hərəkətləri qarşısında susmasını tənqid edərək, bildiriblər: Təəssüfləndirici haldır ki, yüz minlərlə müsəlman öz ev-eşiyindən çıxarılır və faciəli şəkildə qətlə yetirilir, amma onun dayandırılması üçün İslam Əməkdaşlığı Təşkilatı, BMT və insan haqları orqanları bir tədbir görmürlər.
Ruhingiya müsəlmanları 2012-ci ildən bəri Raxin əyalətində ekstremist buddistlərin hücumlarına məruz qalırlar.
Ötən oktyabr ayının əvvəllərindən ekstremist buddistlərin Ruhingiya müsəlmanlarına qarşı zorakılıqlarının yeni dövrü başlanıb. Bu zorakılıqlar 30 mindən çox Ruhingiya müsəlmanının öz ev-eşiyindən didərgin düşməsinə bais olubdur.