Türkiyə bildirib ki, Ankarada bir küçəyə Rusiya səfirinin adı veriləcək
https://azeri.sahartv.ir/news/dünya-i252089-türkiyə_bildirib_ki_ankarada_bir_küçəyə_rusiya_səfirinin_adı_veriləcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, dünən terror edilmiş Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun xatirəsini anmaq məqsədilə bu şəhərdəki küçələrdən birinə onun adı veriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2016 14:51 Asia/Baku
  • Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, dünən terror edilmiş Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun xatirəsini anmaq məqsədilə bu şəhərdəki küçələrdən birinə onun adı veriləcək.

ILNA-nın məlumatına görə, Türkiyənin xarici işlər naziri deyib ki, ekspertlər şəffaf şəkildə bu hücumu izləyəcəklər. Onun sözlərinə görə, bu terrorda məqsəd, Rusiya-Türkiyə əlaqələrini sərtləşdirmək olub və hər iki tərəf bu fitnədən agah olubdur.

Çavuşoğlu əlavə edib: Bu hücumda məsuliyyət daşıyan şəxslər qəti şəkildə onun əvəzini ödəyəcəklər.

Rusiyanın Türkiyədəki səfiri dünən günortadan sonra Ankarada bir foto-sərgidən baxış keçirərkən Türkiyənin təhlükəsizlik başçılarının dediklərinə görə, bu şəhərin polis qüvvələrindən olan silahlı bir şəxs tərəfindən odlu silahla qətlə yetirilib. 

Rusiyanın səfirindən əlavə, başqa 3 nəfər də bu hadisədə yaralanıb.