Türkiyənin təhlükəsizlik mənbələri: Karlovu xilas etmək üçün qatili öldürdürk
https://azeri.sahartv.ir/news/dünya-i252116-türkiyənin_təhlükəsizlik_mənbələri_karlovu_xilas_etmək_üçün_qatili_öldürdürk
Türkiyənin təhlükəsizlik mənbələri bildiriblər ki, Rusiyanın öldürülmüş Ankaradakı səfiri Andrey Karlovun həyatını xilas etmək üçün vaxtı hədər verməmək məqsədilə onun qatilini öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2016 05:46 Asia/Baku
  • Türkiyənin təhlükəsizlik mənbələri: Karlovu xilas etmək üçün qatili öldürdürk
    Türkiyənin təhlükəsizlik mənbələri: Karlovu xilas etmək üçün qatili öldürdürk

Türkiyənin təhlükəsizlik mənbələri bildiriblər ki, Rusiyanın öldürülmüş Ankaradakı səfiri Andrey Karlovun həyatını xilas etmək üçün vaxtı hədər verməmək məqsədilə onun qatilini öldürüblər.

IRIB-nin məlumatına görə, bu mənbələr vurğulayıblar ki, Karlovu xəstəxanaya çatdırmaq üçün sürətlə hərəkət etmək lazım idi və hücumçu şəxsi hədəfə almaqdan savayı bir çarə yox idi.

Rusiyanın Türkiyədəki səfiri dünən Ankarada bir foto-sərgidən baxış keçirərkən Türkiyənin təhlükəsizlik başçılarının dediklərinə görə, bu şəhərin polis qüvvələrindən olan silahlı bir şəxs tərəfindən odlu silahla qətlə yetirilib. 

Rusiyanın səfirindən əlavə, başqa 3 nəfər də bu hadisədə yaralanıb.