Dek 21, 2016 09:17 Asia/Baku
  • Okinava əhalisi ABŞ hərbi təyyarələrinin uçuşlarının bərpasına etiraz edib
    Okinava əhalisi ABŞ hərbi təyyarələrinin uçuşlarının bərpasına etiraz edib

Yaponiyanın Okinava əyalətinin əhalisi Amerikanın Osprey təyyarələrinin bu əyalət üzərindəki uçuşlarının bərpasına etiraz olaraq, aksiya keçirib.

Kiodo xəbər agentliyinin məlumatına görə, Yaponiyanın Ginovan(Ginowan) şəhərinin əhalisi  Amerikanın Osprey təyyarələrinin Yaponiyanın Okinava əyalətinin üzərindəki uçuşlarının bərpasını pisləyərək, bu uçuşların dayandırılmasını istəyib.

Ginovan şəhərinin meri Atsuşi Sakima deyib ki, Amerikanın Osprey təyyarələrinin dünəndən başlanmış uçuşları dözülməzdir və tez bir zamanda dayandırılmalıdır.

Bu təyyarələrin uçuşu bir həftə bundan öncədən dayandırılmışdı.

Amerikanın MV-22 tipli bir ədəd Osprey təyyarəsinin ötən çərşənbə axşamı günü Okinava əyalətində süqut etməsi nəticəsində beş nəfər yaralanmışdı və Yaponiya dövləti bu hadisənin baş verməsindən sonra Amerikadan şaquli surətdə uçan Osprey təyyarələrinin uçuşlarını dayandırmasını istədi.

Amerika Yaponiyada 124 kiçik və böyük hərbi bazaya malikdir və təqribən əlli amerikalı hərbçi bu bazalarda yerləşibdir.

Son rəy sorğusuna əsasən, Okinava sakinlərinin 70 faizindən çoxu ABŞ-ın bu adadakı hərbi bazalarının tam şəkildə yığışdırılmasını istəyir.

Teqlər