Dek 21, 2016 10:53 Asia/Baku
  • İŞİD Berlin terror aktının məsuliyyətini üzərinə götürüb
    İŞİD Berlin terror aktının məsuliyyətini üzərinə götürüb

İŞİD terror təşkilatı Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Milad yarmarkasındakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Dekabrın 19-u Berlinin Braytşaydplats rayonunda sürücü yük maşınını Milad yarmarkasının keçirildiyi ərazidə insanların üzərinə sürüb. Hadisə nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Faktla bağlı Pakistandan olan 23 yaşlı şəxs saxlanılıb.

Teqlər